Türkiyədə səfərdə olan Azərbaycan qaziləri Super Liqanın XXXVII turu çərçivəsində keçirilən “Alanyaspor” - “Qaziantep” oyununu canlı izləyib.
Apasport.az saytının məlumatına görə, onlar qarşılaşmadan əvvəl stadionda ev sahiblərinin prezidenti Hasan Çavuşoğlu ilə görüşüblər.
Çavuşoğlu qazilərlə söhbətində Qarabağ Zəfəri barədə səmimi fikirlərini bölüşüb və onlara qarşılanma hədiyyəsini təqdim edib. Matç öncəsi isə futbolçular meydana üzərində Azərbaycan və Türkiyə dostluğuna həsr edilən “Birlikdəyik, güclüyük!” yazısı əks olunan xüsusi formada çıxıblar.
“Alanyaspor”un rəqibi üzərində qazandığı böyükhesablı qələbə (3:0) də məhz Azərbaycanın qəhrəman qazilərinə həsr olunub.
Qeyd edək ki, “Çiyin-çiyinə bir yumruq kimi” layihəsi “YAŞAT” Fondunun və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi, Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) və “Alanyaspor” klubunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"