“Arsenal”ın futbolçusu “Fiorentina”ya keçdi
19.04.2022 - 09:49
“Arsenal”ın futbolçusu Lukas Toreyra “Fiorentina”ya keçib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu icarə əsasında komandada çıxış edən 26 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer edib.
“Bənövşəyilər” Uruqvay millisinin üzvünü saxlamaq qərarına gəldiyindən, qarşı tərəflə təzminat məsələsində anlaşıb. Bu transfer İngiltərə klubuna 15 milyon avro qazandıracaq. Toreyra tezliklə A seriyası təmsilçisi ilə 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Lukas Toreyra bu mövsüm A seriyasında 27 oyuna çıxıb, 5 qol, 1 assistlə yadda qalıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0