“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin sevgilisi Helena Seqer maraqlı açıqlama ilə diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, o, bununla isveçli forvarddan heç də geri qalmadığını göstərib.
Seqer 40 yaşlı forvardla tanış olduğu günü xatırlayıb: “Bir gün Malmödə “Ferrari”sini pis park eləmişdi. Maşınını elə saxlamışdı ki, “Mercedes”imi çıxara bilmirdim. Ona kobud şəkildə avtomobilini rədd elə dedim, məni bəyəndi. Zlatanla yaşamaq çətindir, amma etiraf edirəm ki, mənimlə də asan deyil”.
Seqer hələ də evlənməmələrinin səbəbini də açıqlayıb: “Toy mənim müstəqillik hissimi poza bilər. Sadəcə bir futbolçunun həyat yoldaşı və ya gözəllik yarışmalarının qalibi kimi tanınmaq istəmirəm. Düşünürəm ki, insanlar nə qədər oxuduğumu, işlədiyimi və vuruşduğumu bilmirlər”.
Qeyd edək ki, cütlük 2002-ci ildən bir yerdə yaşayır.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!