“Liverpul”un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda bir neçə aparıcı futbolçunun komandadan ayrılmaq ehtimalına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Çempionlar Liqasına qatılmasalar belə, hansısa oyunçunun getmək istəyəcəyinə inanmır.
Amma o, belə hal yaşanarsa, həmin futbolçuya ehtiyac duymayacağını əlavə edib: “Bilirəm ki, oyunçu sadiqliyimiz var. İndi onlardan birinin mənə “Gələn il Çempionlar Liqasında olmayacağıq, buna görə ayrılmalıyam”, - deyəcəyi vəziyyətdə deyilik. Bu baş verməyəcək. Mən onları kifayət qədər yaxşı tanıyıram. İllər əvvəl dediyim kimi, gələn il Çempionlar Liqasında olmayacağımız üçün kimsə bura gəlmək istəmirsə, deməli, ona ehtiyacım yoxdur. Həmçinin kimsə bu turnirə qatılmayacağımız üçün ayrılmaq istəyirsə, mənim ona da ehtiyacım yoxdur”.
Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqada 43 xalla 7-ci pillədə qərarlaşır.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!