“Barselona” Levandovskiyə alternativ tapdı
14.05.2022 - 14:41
“Atletiko”nun hücumçusu Alvaro Morata yenidən İspaniyaya qayıda bilər.
Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında “Yuventus”da çıxış edən ulduz futbolçu “Barselona”nın maraq dairəsindədir.
“Bavariya”dan Robert Levandovskini transfer etməyə çalışan kataloniyalıların bu istəyi baş tutmasa, alternativ variant kimi Morata ilə danışıq aparılacaq. “Real”ın yetirməsi özü də vətənə dönməyin əleyhinə deyil.
Qeyd edək ki, Alvaro Morata bu mövsüm A seriyasında 34 oyuna çıxıb, 8 qol vurub, 6 məhsuldar ötürmə verib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0