“Barselona” Pedrini 1 milyard avroya razı saldı
13.10.2021 - 16:34
Pedri tezliklə “Barselona” ilə yeni müqavilə imzalayacaq.
Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi uzunmüddətli sözləşməyə qol çəkməyə razılıq verib.
Tərəflər konkret olaraq 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşmanın bütün detallarını razılaşdırıblar. Müqavilədə həmçinin 1 milyard avro məbləğində təzminat da nəzərdə tutulacaq.
Qeyd edək ki, “Barselona”ya 2019-cu ildə 5 milyon avro qarşılığında “Las Palmas”dan keçən 19 yaşlı orta sahə oyunçusu ötən ildən əsas komandanın heyətində yer alır.
0
0