“Barselona” müdafiəçisi Dani Alveşin cəzası ilə bağlı apelyasiya şikayəti vermək qərarına gəlib.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu İspaniya La Liqasının XXIII turunda “Atletiko” ilə oyunda (4:2) qırmızı vərəqə alan braziliyalıya kəsilən 2 oyunluq cəza ilə razılaşmır.
Klub rəhbərliyi bunun ağır cəza olduğunu düşünür və müddətin 1 matça endirilməsini tələb edəcək. “Barsa”nın mətbuat xidməti tezliklə apelyasiya şikayəti ediləcəyini açıqlayıb. Müraciət təmin olunmasa, 38 yaşlı futbolçu “Espanyol” və “Valensiya” ilə görüşləri buraxacaq.
Qeyd edək ki, “Barselona”ya qış fasiləsində keçən Dani Alveş ölkə çempionatında 2 oyun keçirib, 1 qol, 2 assistlə yadda qalıb.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı