“Barselona” ilə danışıqlar aparır – Rabio
03.04.2021 - 16:00
İtaliya “Yuventus” klubunun fransalı futbolçusu Adrian Rabio karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin “Barselona”ya keçidi gündəmə gəlib.
26 yaşlı futbolçunun agenti La Liqa təmsilçisi ilə danışıqlara da başlayıb. “Yuventus” da oyunçusunu satmağa hazırdır. Onun turinlilərlə anlaşması 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Rabio cari mövsümün 35 oyununda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0