“Bavariya” Komana əvəzləyici tapdı
08.10.2021 - 16:00
Almaniyanın “Bavariya” klubu Kinqsli Komana əvəzləyici tapıb.
Apasport.az saytının məlumatına görə, müqaviləni uzatmaqdan imtina edən fransalını Kodi Qakpo əvəzləyə bilər.
Münhen təmsilçisi Niderland PSV-sində çıxış edən hücumçunu heyətinə qatmaq niyyətindədir. 22 yaşlı futbolçu cari mövsümdə 17 matça çıxıb. Onun aktivində 5 qol və 7 assist var.
0
0