“Bavariya” Rişarilson üçün danışıqlara başladı
17.05.2022 - 10:57
“Bavariya” Robert Levandovskiyə əvəzləyici axtarışına başlayıb.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu hücumçu mövqeyinə Rişarilsonun transferini nəzərdən keçirir.
Münhen təmsilçisi “Everton”da çıxış edən braziliyalıya Levandovskinin potensial əvəzləyici gözü ilə baxır. Rişarilsonun transferi ilə bağlı danışıqlara da start verilib.
Qeyd edək ki, 25 yaşlı braziliyalı cari mövsümün 29 oyununda 9 qol və 5 assist müəllifi olub. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0