“Bavariya” türkiyəli futbolçu ilə müqavilə imzaladı
09.02.2022 - 23:34
“Bavariya”nın daha bir yetirməsi əsas komandaya cəlb edilib.
Apasport.az saytının məlumatına görə, hücumçu Yusuf Kabadayı bundan sonra ulduz futbolçularla birgə məşq edəcək.
Çünki Münhen təmsilçisi akademiyanın yetirməsi ilə peşəkar müqavilə imzalayıb. 18 yaşlı forvard Bundesliqa çempionu ilə yeni 2,5 illik sazişə qol çəkib.
Qeyd edək ki, türkiyəli Yusuf Kabadayı ölkəsinin U-15 və U-16 yığmasında, eyni zamanda Almaniyanın U-18 millisində çıxış edib.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0