“Bavariya”nın milli üzvü son oyunu buraxacaq
15.12.2021 - 17:12
“Bavariya” yarımmüdafiəçisi Kinqsli Komanın xidmətindən yenidən məhrum olub.
Apasport.az saytının məlumatına görə, buna səbəb 25 yaşlı futbolçunun zədələnməsidir.
“Ştutqart”la son matçda (5:0) sağ ayağından xəsarət alan Fransa millisinin üzvü münhenlilərin ilin son qarşılaşmasında iştirak edə bilməyəcək. Bundesliqa çempionu dekabrın 17-də XVII tur çərçivəsində evdə keçiriləcək həmin görüşdə “Volfsburq”la üz-üzə gələcək.
Qeyd edək ki, Kinqsli Komanda cari mövsüm Bundesliqada meydana çıxdığı 10 oyunda 4 qol vurub.
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
0
0