Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Məsut Özil iflasa uğrayan Superliqa barədə paylaşım edib.
Apasport.az saytının məlumatına görə, Almaniya millisinin sabiq yarımmüdafiəçisi Avropa nəhənglərinin yaratdığı, lakin ömrü uzun olmayan layihəyə rişxəndlə yanaşıb.
Superliqanın əsas təşəbbüskarlarından olan Florentino Peresin prezidenti olduğu “Real”da da oynamış Özil paylaşımında oynadığı Türkiyə çempionatının Super Liqa olmasına eyham vurub: “Yalnız bir Super Liqa var”.
Qeyd edək ki, aprelin 19-da “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Milan”, “İnter”, “Yuventus” (hamısı İtaliya), “Liverpul”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Mançester Yunayted” və “Mançester Siti” (hamısı İngiltərə) Superliqa yaratdığını açıqlasa da, ertəsi gün İngiltərə klubları UEFA turnirlərinə alternativ olan yarışdan imtina edib. Bu gün imtina edənlərin sıraları “İnter”lə “Atletiko” hesabına daha da genişlənib.
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi