“Azərbaycanla oyunda favorit olmağımızla razıyam”.
Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş deyib.
Təcrübəli mütəxəssis DÇ-20222-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə sabahkı matçına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Amma həmişə olduğu kimi rəqibə hörmətlə yanaşmasaq, oyuna yaxşı köklənməsək və bütün gücümüzü qoymasaq, problemlərimiz yarana bilər. Nəzəri cəhətdən hər şey gözəldir. Amma xallar meydanda qazanılır”.
Santuş qarşılaşmanı finala bənzədib: “Sabahkı görüşə hazır olacağımıza şübhə etmirəm. Rəqib 35-40 metr aralığında toplaşacaq. Biz rəqibin kəskin əks-hücumlarında diqqətli olmalı və standart vəziyyətlərə fikir verməliyik. Futbolçularım millidə oynayanda yüksək motivasiyalı olur. Cəmi 8 oyunumuz var və hər biri finala bərabərdir”.
Qeyd edək ki, sabah İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda baş tutacaq Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə