“Qalib gələcəyim təqdirdə, Messinin “Barsa”da qalma şansı daha böyük olacaq. Amma bu, dediyimin mütləq reallaşacağı demək deyil”.
Apasport.az saytının məlumatına görə, bunu “Barselona”da prezidentliyə namizəd olan Joan Laporta deyib.
2003-2010-cu illərdə də kluba rəhbərlik etmiş funksioner seçki öncəsi çıxışında komandanın kapitanı Lionel Messinin qalması üçün əlindən gələni edəcəyini söyləyib: “Leo onu sevdiyimi, üç-dörd ildən sonra klubu ön qapıdan tərk etməsini təmin edəcəyimi bilir. Buskets, Alba və Pike üçün də eyni fikirdəyəm. Mən dünyanın ən güclü komandasını yaradacağam. Messi hansı iqtisadi vəziyyətdə olduğumuzu bilir. Digər namizədlərin Leo ilə münasibəti mənim kimi deyil. Onun qalmaq istədiyini hiss edirəm”.
Qeyd edək ki, “Barselona”da prezident seçkiləri martın 7-də keçiriləcək.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!