“Fənərbaxça”nın hədəfində - 35 yaşlı argentinalı
21.05.2021 - 10:31
Türkiyənin “Fənərbaxça” klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi Lukas Biqliyanın transferində maraqlıdır.
İstanbul klubu 35 yaşlı argentinalı yarımmüdafiəçinin keçidini bu yay həll etmək fikrindədir.
Keçid baş tutsa, cənubi amerikalıya 2 illik müqavilə təklif olunacaq. 2020-ci ilin payızından Türkiyədə çıxış edən Biqliya “Fatih Karagümrük”də forma geyinir. Onun bu klubla müqaviləsi gələn il başa çatacaq.
Qeyd edək ki, argentinalı Super Liqada 35 oyunda 3 qol vurub.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0