“Fənərbaxça”ya rəqib oldu – “Real”
16.05.2021 - 23:14
Almaniya millisinin baş məşqçisi Yoahim Löv daha bir klubun diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”nın qaytarmaq istədiyi təcrübəli mütəxəssisə “Real” da “elçi düşüb”.
Baş məşqçi Zinəddin Zidan mövsümün sonunda ayrılmaq istədiyindən, “kral klubu” yeni çalışdırıcı axtarışlarını davam etdirir. İspaniya təmsilçisi üçün əsas namizədlər Raul Qonzales və Massimiliano Alleqeri olsa da, Löv üçüncü alternativ kimi siyahıya əlavə olunub.
Qeyd edək ki, Yoahim Löv AVRO-2020-dən sonra Almaniya yığmasından ayrılacağını açıqlayıb.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0