“İnter” müqaviləsini yeniləmir – ingiltərəli futbolçunun
24.03.2021 - 14:10
İtaliya çempionatının lideri “İnter”in mövsümün sonunda yollarını ayıracağı ilk futbolçu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Eşli Yanq yayda “neradzurra”nı tərk edəcək.
Çünki A seriyası təmsilçisi 36 yaşlı sol cinah oyunçusu ilə mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmamaq qərarına gəlib. Hələ də karyerasını bitirmək istəməyən İngiltərə millisinin sabiq üzvü karyerasını Premyer Liqada davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Eşli Yanq “İnter”ə ötən ilin əvvəlində “Mançester Yunayted”dən keçib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0