İngiltərə kubokunda ilk finalçı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Liverpul” turnirin həlledici matçında iştirak hüququ qazanıb.
“Qırmızılar” yarımfinal mərhələsində “Mançester Siti”ni üstələyib. “Uembli” stadionunda baş tutan qarşılaşmada “Liverpul” Premyer Liqada çempionluq yolundakı əsas rəqibini 3:2 hesabı ilə məğlub edib. Yurgen Kloppun komandasının heyətində Sadio Mane dubl edibsə, digər qola İbrahima Konate imza atıb. “Şəhərlilər”in gücü Cek Qriliş və Bernardo Silvanın qolları sayəsində fərqi minimuma endirməyə çatıb.
Bununla “Liverpul” 10 ildən sonra ilk, ümumilikdə isə 15-ci dəfə İngiltərə kubokunun finalına yüksəlib. Mersisaydlıların finaldakı rəqibi yarımfinalın sabah keçiriləcək “Çelsi” – “Kristal Pelas” görüşündə müəyyənləşəcək.
Həlledici matç mayın 14-də baş tutacaq.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”