Donetsk “Şaxtyor”u növbəti mövsüm Çempionlar Liqasının (ÇL) qrup mərhələsində iştirak hüququ qazanıb.
Apasport.az saytının məlumatına görə, bu, yarımfinal mərhələsində “Liverpul”un “Vilyarreal”ı məğlub etməsi (2:0, 3:2) sayəsində reallaşıb.
Məsələ burasındadır ki, həm finala yüksələn “Liverpul”, həm də yarımfinalın digər cütlüyündə üz-üzə gələcək “Mançester Siti” ilə “Real” öz çempionatları vasitəsilə qitənin ən nüfuzlu klub turnirində iştirak hüququ əldə ediblər.
“Şaxtyor” üçün yeganə maneə “Vilyarreal” sayılırdı. İspaniya təmsilçisi ÇL-i qazansaydı, ukraynalılar təsnifat mərhələsindən mübarizəyə başlamalı olacaqdı. Reqlamentə əsasən, Çempionlar Liqasının qalibi daxili çempionat vasitəsilə növbəti turnirə vəsiqə qazanarsa, boş yer formalaşır. Rusiya klublarının avrokuboklardan uzaqlaşdırılması sayəsində 12-ci assosiasiya kimi Ukraynanın çempionu birbaşa qrupa yüksəlib.
Qeyd edək ki, Ukrayna Premyer Liqasında mövsüm başa çatdırılmasa da, turnir cədvəlinə başçılıq edən “Şaxtyor”un ÇL-ə yollanması qərara alınıb.
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO