İngiltərə Premyer Liqasında XXXII tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyununda “Mançester Siti” “Liverpul”u qəbul edib.
Bunu həm də mövsümün matçı adlandırmaq olar. Çünki qarşılaşma öncəsi turnir cədvəlinə başçılıq edən “şəhərlilər” rəqibindən cəmi 1 xal öndə idi.
Sürətli başlayan matçın ilk hissəsində 3 qol qeydə alınıb. Artıq 5-ci dəqiqədə Kevin De Bruyne hesabı açsa da, 8 dəqiqə sonra Dioqo Jota bərabərliyi təmin edib. Buna baxmayaraq, 36-cı dəqiqədə Qabriel Jezuş mançesterliləri yenidən önə keçirib.
İkinci hissəyə bu dəfə “qırmızılar” qolla başlayıb. Sadio Mane 46-cı dəqiqədə növbəti dəfə status-kvonu bərpa edib – 2:2. Qalan dəqiqələrdə tərəflərin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib və “Mançester Siti” həm liderliyini, həm də rəqiblə aradakı 1 xallıq fərqi qoruyub.
Sona 7 oyun qalmış “Mançester Siti”nin aktivində 74, “Liverpul”da isə 73 xal var.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib