“Mançester Siti” Qvardiola ilə bağlı qərarını verdi
16.04.2022 - 15:29
Pep Qvardiola daha bir neçə il “Mançester Siti”nin sükanı arxasında qala bilər.
Apasport.az saytının məlumatına görə, “şəhərlilər” ispaniyalı mütəxəssislə işbirliyinin davamında maraqlıdır.
Premyer Liqa təmsilçisinin idarə heyəti onun klubdakı gələcəyini parlaq görür. Bu üzdən rəhbərlik Qvardiola ilə yeni müqavilə imzalamaq niyyətindədir. Klubla bu yöndə danışıqlar aparan çalışdırıcının menecerləri də onun yalnız “Mançester Siti”nin layihələrinə kökləndiyini düşünürlər.
Qeyd edək ki, Pepin hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0