“Mançester Yunayted” və “Atletiko” futbolçularını dəyişə bilər
15.12.2021 - 13:51
İngiltərənin “Mançester Yunayted” klubu ilə İspaniya “Atletiko”su futbolçularını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb adıçəkilən klubların digərinin bir-birinin oyunçusuna maraq göstərməsidir.
Madridlilər qarşı tərəfin hücumçusu Antoni Marsyalla ön xətti gücləndirmək niyyətindədir. “Atletiko” rəhbərliyi bu keçid müqabilində “qırmızı şeytanlar”a onların gündəmində olan müdafiəçi Kiran Trippieri təklif edəcək.
Premyer Liqa təmsilçisi də bu dəyişikliyə müsbət yanaşır. Çünki ingilislər cinah müdafiəçisi axtarışındadır.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0