“Mançester Yunayted”də iki vida
06.05.2022 - 14:02
“Mançester Yunayted”i tərk edəcək iki futbolçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Erik Bayi və Fil Cons Premyer Liqa klubu ilə vidalaşacaq.
Bunu futbolçuların özləri komanda yoldaşları ilə söhbətdə açıqlayıb. 28 yaşlı Bayinin müqaviləsi 2024-cü ildə başa çatmalı olsa da “qırmızı şeytanlar” onu saxlamağı lazım bilmir. O, cari mövsümdə cəmi 7 dəfə meydana çıxıb.
Cons müqaviləsinin başa çatdığı 2023-cü ilin yayından bir il əvvəl komandadan gedəcək. 30 yaşlı futbolçu mövsümdə cəmi 8 matçda şans qazanıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0