“Mançester Yunayted”də itki
12.02.2022 - 16:14
“Mançester Yunayted” “Sauthempton”la bugünkü qarşılaşmaya itki ilə çıxacaq.
Apasport.az saytının məlumatına görə, Edinson Kavani bu görüşdə iştirak etməyəcək.
Uruqvaylı hücumçu Premyer Liqanın XV turunu zədə səbəbindən buraxacaq. Bunu baş məşqçi Ralf Ranqnik açıqlayıb.
O bildirib ki, Kavani dünənki məşqi də yarımçıq tərk edib: “Məşqdən sonra dünən də, bu gün səhər də müalicə olunub. Amma bu qarşılaşmada iştirak edə bilməyəcək”.
Qeyd edək ki, Edinson cari mövsümün 11 oyununda 2 qol vurub.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır
0
0