“Milan” sahibi dəyişdikdən sonra transferlərə daha çox pul xərcləyə bilər.
Apasport.az saytının məlumatına görə, Bəhreyndə yerləşən “Investcorp” investisiya şirkəti İtaliya klubunu təxminən 1 milyard avroya “Elliott Management”dən almaq üçün danışıqlar aparır.
Ərəb investisiya fondu “rossonyerlər”in səhmlərinə sahib çıxarsa, yeni transferlər üçün 300 milyon avro ayıracaq. Bu isə o deməkdir ki, A seriyası klubu maraqlandığı “Ayaks”ın hücumçusu Sebastyan Alle, “Leypsiq”in yarımmüdafiəçisi Kristofer Nkunku, “Roma”nın orta sahə oyunçusu Nikolo Zaniolo və “Monako”nun yarımmüdafiəçisi Aurelien Tçuamenini transfer etmək üçün büdcə formalaşdıra biləcək.
Qeyd edək ki, 33 turda 71 xal toplayan “Milan” A seriyasında turnir cədvəlinə başçılıq edir.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”