“Hələ də optimal formada deyiləm, amma ən yaxşı formamı qaytarmağa çalışıram. Baş məşqçi də məndən bunu tələb edir. Təbii ki, bunun öhdəsindən gələcəm”.
Apasport.az xəbər verir ki, bunu “Neftçi”nin yarımmüdafiəçisi Yusuf Laval “Sabah”la oyundan sonra klubun saytına açıqlamasında deyib.
Nigeriyalı futbolçu 2:1 hesablı qələbənin qələbənin psixoloji baxımdan çox vacib olduğunu bildirib: “Bu qələbə psixoloji baxımdan çox vacib idi. Çünki “Zirə”yə məğlubiyyətdən sonra özümüzə gəlməliydik. Belə davam etməliyik. Belə davam etsək, mövsümün sonunda məqsədimizə çatacağıq. Bu əlçatmaz deyil. Çünki hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşmışıq”.
Laval mövsümdə 5-ci dəfə məhsuldar ötürmə verməsinə də münasibət bildirib: “Qarşıma qol ötürmələrinin sayına görə birinci olmaq məqsədi qoymamışam. Məqsədim odur ki, komandamız mövsümü ən yaxşı nəticə ilə başa vursun”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!