"Neftçi" - "Zirə" oyunu bir dəqiqəlik sükutla başlayacaq
23.10.2021 - 17:34
Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək “Neftçi” – “Zirə” oyunu bir dəqiqəlik sükutla başlayacaq.
Apasport.az saytının məlumatına görə, matçın startı öncəsi tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Bu gün “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 18:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri və baş katibinin müavini Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib.
0
0