“Sanço Çempionlar Liqasında oynamalı olan futbolçudur. Avropada çox komanda onun üçün tələb olunan pulu ödəyə bilməz. Hər şey futbolçunun istədiyindən asılıdır”.
Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un keçmiş futbolçusu Markus Babel Dortmund “Borussiya”sının “qırmızılar”a mümkün keçidi barədə danışarkən deyib.
Almaniyalı mütəxəssis “Liverpul”un mütləq Çempionlar Liqasında oynamalı olduğunu söyləyib: “Bu mövsüm nəticə verməsə, gələn dəfə cəhd edəcəklər. Bu komanda çox güclüdür, fantastikdir. Zədələri də sağalıb heyətə qayıdacaq. Bütün oyunçular sıraya döndüyü zaman çox güclü olacaqlar. Sanço da kor deyil, bunu görəcək”.
Qeyd edək ki, Ceydon Sanço “Liverpul”la yanaşı, Avropa nəhənglərinin bir çoxunun diqqət mərkəzindədir.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat