“Bu il titul qazanmaq istəyirəm. Ancaq final oyunu elədir ki, orada hər şey ola bilər”.
Bunu apasport.az saytına “Keşlə”nin idman direktoru Ceyhun Sultanov deyib.
Paytaxt klubunun rəsmisi Azərbaycan kubokunun finalında “Sumqayıt”la keçiriləcək matça münasibət bildirib. O, rəqibin Premyer Liqada bürünc medal qazanmasının xeyirlərinə işləməyəcəyini düşünür: “Əksinə, daha çətin olacaq. Çünki “Sumqayıt” bürünc medal qazandı, indi meydana rahat çıxacaq. Təbii ki, onlar da kuboku qazanmaq istəyəcəklər. Avrokuboklara vəsiqəni təmin etdikləri üçün istədikləri futbolu rahat sərgiləyə biləcəklər. Amma “Keşlə”nin taleyi bu oyundan asılıdır. Bu amil də təzyiq yarada bilər. Mənə elə gəlir ki, kuboku qazanmağa gücümüz çatar. Elə iddialı rəhbərliyimiz var ki, qarşımıza “Barselona” da çıxsa, məğlub etməyə çalışar”.
Qeyd edək ki, mayın 24-də “Bank Respublika Arena”da keçiriləcək “Keşlə” – “Sumqayıt” görüşü saat 19:30-da başlayacaq.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”