“Onlar qayıtdılar”.
Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.
Sloveniyalı funksioner İngiltərə klublarının Superliqanı tərk etməsinə münasibət bildirib: “Onlar təkcə bizim turnirlərə deyil, bütün Avropa futboluna çox şey təklif edəcək gücdədir. Əsas doru ki, biz irəli hərəkət edirik, yenidən birlikdəyik və birgə irəliləyirik”.
Qeyd edək ki, aprelin 19-da “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Milan”, “İnter”, “Yuventus” (hamısı İtaliya), “Liverpul”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Mançester Yunayted” və “Mançester Siti” (hamısı İngiltərə) Superliqa yaratdığını açıqlasa da, ertəsi gün İngiltərə klubları UEFA turnirlərinə alternativ olan yarışdan imtina edib.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu