“Qalatasaray” iki futbolçu ilə ilkin razılığa gəlib.
Apasport.az saytının məlumatına görə, bunlar “Arsenal”ın yarımmüdafiəçisi Məhəmməd Elneni və “Lill”in orta sahə oyunçusu Xekadır.
İstanbul klubunun prezidenti Burak Elmas yayda azad agent statusu daşıyacaq hər iki oyunçu ilə ortaq məxrəcə gəlib. Elneni və Xeka illik 2,5 milyon avro maaşa “cim-bom”da oynamağa müsbət yanaşır. Elmas iyunun 11-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən digər şəxslərin də razılığını alarsa, adıçəkilən oyunçuların keçidini həmin vaxta qədər reallaşdıracaq.
Qeyd edək ki, Məhəmməd Elneni 2019/20 mövsümündə icarə əsasında “Beşiktaş”da çıxış edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"