“Qalatasaray” gənc futbolçuların transfer edilməsi ilə bağlı layihəsini davam etdirir.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu daha iki oyunçunu heyətinə cəlb edib.
“Sarı-qırmızılılar” gələcək vəd edən kosovolular İlli Raqi və Orqes Demayla anlaşıb. Adıçəkilən futbolçular artıq komanda ilə birlikdə məşqlərdə iştirak edir. Həm Raqi, həm də Demay ilk sınaqdan uğurla keçib. Bu üzdən məşqçilər korpusu onları daha bir müddət yoxlamaq qərarına gəlib.
Qeyd edək ki, 2006-cı il təvəllüdlü İlli Raqi yarımmüdafiənin mərkəzində, ondan bir yaş kiçik olan Orqes Demay isə sol cinahında çıxış edir.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”