Əzəli rəqiblər “Fənərbaxça” ilə “Qalatasaray” yaşıl meydanlarda olduğu kimi, ondan kənarda da mübarizə aparır.
Apasport.az saytı xəbər verir ki, Türkiyə klubları Argentina millisinin yarımmüdafiəçisi Kristian Pavonun transferində maraqlıdır.
26 yaşlı cinah oyunçusunun “Boka Xuniors”la müqaviləsinin yaya qədər olması hər iki klubu ümidləndirir. Pavona ilk təklif “Fənərbaxça”dan gedib. Qısa müddət sonra “Qalatasaray” da argentinalı ilə danışıqlara başlayıb.
Qeyd edək ki, 2017-ci ildən bəri Argentina millisinin heyətində 11 oyunda iştirak edən Kristian Pavon hələ də Avropada heç bir klubun formasını geyinməyib.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?