“Qarabağ” 200-ə çatdı
10.05.2022 - 09:37
“Qarabağ” Azərbaycan çempionatında 200-cü dəfə heç-heçə edib.
Apasport.az saytının məlumatına görə, bu, Premyer Liqanın XXVI turunda baş verib.
Qurban Qurbanovun yetirmələri ev matçında “Zirə” ilə qolsuz heç-heçəyə imza atıb – 0:0. 200-cü sülh ölkə çempionatındakı 850-ci qarşılaşmaya təsadüf edib. Ağdam klubu evdə 82, səfərdə 113, neytral meydanda 5 dəfə heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, “Qarabağ” daha çox – 30 dəfə “Neftçi” ilə heç-heçə oynayıb. “Şamaxı” ilə görüşlərdə 24 bərabərlik gerçəkləşib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0