Azərbaycan Premyer Liqasının XXV turunda çempionluğu təmin edən “Qarabağ”ın evdəki qələbə seriyası qırılıb.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu mövsümdə ilk dəfə öz meydanında xal itirib.
Əvvəlki 10 matçın hamısında qalib gələn Qurban Qurbanovun yetirmələri “Sabah”la qarşılaşmada bir xalla kifayətlənib – 1:1.
“Qarabağ” evdə sonuncu xal itkisi ilə 364 gün öncə - 2021-ci il mayın 4-də üzləşmişdi. Həmin vaxt “Zirə” ilə görüş 1:1 başa çatıb. Ötən mövsümün son ev oyununda “Keşlə”ni (indiki “Şamaxı”) iki cavabsız qolla yenən ağdamlılar ümumilikdə ardıcıl 11 ev qələbəsi qazanıb.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi