“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki mümkün rəqibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunlar öz ölkələrində çempion titulunu yeni qazanan “Lex” və səbəti dəqiqləşən “Zrinski”dir.
Polşa ilə Bosniya və Herseqovinanın çempionları I təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlərdən olacaq. Bu üzdən də onlar mərhələnin reytinqliləri, o cümlədən “Qarabağ” üçün potensial rəqibdir.
30 komandanın yarışacağı raundun püşkündə hər səbətdə 15 komanda olacaq. “Qarabağ” Ermənistan təmsilçisi ilə görüşə bilməz. Bu üzdən 14 mümkün rəqib qalacaq. Onlardan 12-si dəqiqləşibsə, biri ilkin mərhələnin qalibidir. Bir komanda isə ya Sloveniya çempionu, ya da “Linfild” olacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Qarabağ” (Azərbaycan)
“Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan)
“Şerif” (Moldova)
ÇFR (Rumıniya)
“Bodo Qlimt” (Norveç)
“Ferensvaroş” (Macarıstan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
TNS (Uels)
“Jalgiris” (Litva)
“Linkoln” (Cəbəllütariq)
“Şemrok Rovers” (İrlandiya)
Lüksemburq çempionu
Səpələnməmiş
“Zrinski” (Bosniya və Herseqovina)
“Lex” (Polşa)
“Şaxtyor” (Belarus)
“Sutyeska” (Monteneqro)
“Klasksvik” (Farer adaları)
“Hibernians” (Malta)
“Tobol” (Qazaxıstan)
“Şkupi” (Şimali Makedoniya)
Ermənistan çempionu
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Tirana” (Albaniya)
“Balikani” (Kosovo)
İlkin mərhələnin qalibi
Qeyri-müəyyənlər
“Linfild” (Şimali İrlandiya)
Sloveniya çempionu
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"