Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının PFL-in saytına istinadən məlumatına görə, komitə Premyer Liqanın XXI turunda keçirilən “Qəbələ” – “Keşlə” oyunu ilə bağlı qərarlarını açıqlayıb.
“Keşlə”nin qırmızı vərəqə alan oyunçularının cəzası fərqli olub. Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Onun klubu 1600 manat cərimələnib.
Matçı ehtiyat oyunçular skamyasında keçirən Kamal Bayramov ikinci sarı vərəqə alaraq kənarlaşarkən hakimlər briqadasını təhqir edib. O, bu hərəkətinə görə 3 oyun şərti olmaqla 4 matç cəzalanıb və klubunu 3200 manat cəriməyə məruz qoyub. Sınaq müddəti 3 ay təyin edilib.
- “Mançester Yunayted”dən Mateta planı – Qarşılığında o gedir
- Okan Burukdan İlkay Gündoğanla bağlı yeni qərar
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”