“Real” “Çelsi”nin futbolçusundan əl çəkmir
02.05.2022 - 22:21
“Real” “Çelsi”nin müdafiəçisi Ris Ceymsdən əl çəkmir.
Apasport.az saytının məlumatına görə, La Liqa çempionu 23 yaşlı sağ cinah müdafiəçisinin transferində israrını davam etdirir.
İngiltərə millisinin üzvü “kral klubu”nun yay fasiləsi üçün müdafiə xəttinə əsas prioritetidir. İspanlar onun sağ cinahda Dani Karvahalla layiqli rəqabət aparacağını düşünür. Ancaq Premyer Liqa təmsilçisi də yetirməsini yalnız astronomik məbləğdə təklif qarşılığında satmağa razılıq verəcəyini bəyan edib.
Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Ris Ceymsin sözləşməsi 2025-ci ilin yayına qədərdir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0