“Real”dan Marselo qərarı
03.05.2022 - 22:18
“Real” braziliyalı futbolçusu Marselo ilə bağlı qərarını dəyişib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu müqaviləsi yayda başa çatacaq müdafiəçini saxlamaq niyyətindədir.
Madridlilər onunla anlaşmanı uzatmaq qərarına gəlib. 33 yaşlı futbolçunun mövsümün sonunda azad agent kimi özünə yeni klub axtaracağı gözlənilirdi.
2007-ci ildən “Real”da çıxış edən Marselo klub tarixinin ən titullu futbolçusudur. O, İspaniya çempionluğu qazanıldıqdan sonra komandada qalmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, müdafiəçi La Liqanın cari mövsümündə 11 oyunda 2 assistə imza atıb.
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
0
0