“Real”dan gedir
09.05.2022 - 16:55
“Betis” “Real”ın yarımmüdafiəçisi Daniel Sebalyosu transfer etmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Sevilya klubu öz yetirməsini geri qaytarmaq üçün xərcə düşməyə də hazırdır.
Klub rəhbərliyi Sebalyosun yayda “Betis”ə keçməsi üçün 7 milyon avro ödəməyə razıdır. Futbolçu da bu keçiddə maraqlıdır. Daniellə müqaviləni uzada bilməyən “Real” da onun gələn il azad agent olmaması üçün satmağa razılaşa bilər.
Qeyd edək ki, “Real” Sebalyosu 2017-ci ildə 14,7 milyon avroya transfer edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0