İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano “Yuventus”un cari mövsümdəki uğursuz çıxışına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, “Roma”, “Real”, “Milan”, “İnter” kimi nəhəng klublarda çıxış etmiş 39 yaşlı sabiq hücumçu “qoca sinyora”dakı problemi forvardı Kriştianu Ronaldo ilə əlaqələndirib.
Onun fikrincə, portuqaliyalı superulduz yalnız qol vurmaq barədə düşünür: “Sarrinin vaxtında da “Yuventus”un ən böyük problemi Ronaldo idi, indi də belədir. “Yuventus” onsuz daha yaxşı oynayır. Hətta deyərdim ki, Ronaldo olmasaydı, “qoca sinyora” indi çempionluq yarışından bu qədər uzaq düşməzdi. Əgər heyətinizdə Ronaldo varsa, özünüzü topu ona ötürmək məcburiyyətində hiss edirsiniz. Ronaldo komandanı yox, yalnız qol vurmaq və rekord qırmağı düşünür”.
Qeyd edək ki, Antonio Kassanonun son klubu 2017-ci ildə “Verona” olub.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə