Azərbaycan Premyer Liqasında XXVII turun oyunları iki baş məşqçinin cəzalı duruma düşməsi ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla “Sabah”ın çalışdırıcısı Murad Musayev mövsümdə 4-cü dəfə sarı vərəqə alıb.
Bu üzdən hər iki mütəxəssis sonuncu – XXVIII turu buraxacaq. Sadıqov “Şamaxı” ilə ev matçında texniki zonada olmayacaq. Lakin 40 yaşlı mütəxəssis mövsümün son sınağında kubokun finalında iş başında olacaq.
Musayev isə mövsümü başa vurub. “Qəbələ”nin qonağı olacaq “Sabah” mövsümü baş məşqçisiz bitirəcək.
Qeyd edək ki, Musayev XVIII, XXIII, XXV və XXVII, Sadıqov I, IV, XIII və XXVII turlarda cəzalanıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"