“Sabah” serbiyalı futbolçusunu itirdi
23.10.2021 - 16:55
“Sabah” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Petar Şkuletiç sıradan çıxıb.
Serbiyalı hücumameyilli oyunçu Azərbaycan Premyer Liqasının VIII turunda “Sumqayıt”la qarşılaşmada zədələnib. Bu səbəbdən o, 43-cü dəqiqədə əvəzlənib. Şkuletiçin əvəzinə Fofana Tiemoko meydana daxil olub.
Qeyd edək ki, hazırda davam edən görüşdə hesab açılmayıb.
0
0