“Sabah”ın antirekordunu təkrarlandı - VİDEO
30.04.2021 - 09:28
“Sabah”ın antirekordunu təkrarlandı - VİDEO

Azərbaycan futbolunda 2020/21 mövsümünün antirekordu təkrarlanıb.

Apasport.az saytının məlumatına görə, “Zirə” bir matçda 4 qırmızı vərəqə almaqla bu göstəricidə “Sabah”a çatıb.

Qəsəbə klubu yarımfinalın “Sumqayıt”la cavab qarşılaşmasında belə ağır cəzalanıb. “Zirə”nin iki futbolçusu və iki məşqçisi qırmızı vərəqə alıb. Lazar Corceviç 88-ci dəqiqədə təcavüzkar davranışa, Sərtan Taşkın isə oyundan sonra iki dəfə sarı vərəqə almağa görə belə ağır cəzaya layiq görülüb.

90-cı dəqiqədə hakimin qərarına etiraz edən baş məşqçi Rəşad Sadıqovla köməkçisi Eltun Yaqublu da cəzasız qalmayıb. “Zirə”nin daha 5 oyunçusu və bir məşqçisi sarı vərəqə də alıb. Baş hakim Elçin Məsiyev “Keşlə”nin də 5 futbolçusuna xəbərdarlıq edib.

Bununla da ötən turun “Neftçi” ilə görüşündə 3 futbolçusu və 1 məşqçisi qırmızı vərəqə alan “Sabah”a məxsus antirekord təkrarlanıb.

Qeyd edək ki, “Keşlə” səfərdə 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
 

0