“Sabah”ın təcavüzkar futbolçusu cəzasını aldı
08.04.2022 - 14:35
AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında I Divizionun XIX turun matçlarında qeydə alınmış neqativ hallar müzakirəyə çıxarılıb.
Apasport.az sayının məlumatına görə, cəzalandırılanlar arasında “Sabah”ın futbolçusu Mixeil Erqemlidze də olub.
MOİK-lə görüşdə “Sabah-2”nin formasını geyinən gürcüstanlı hücumçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb.
Onun bu davranışı paytaxt klubuna da 160 manat ziyan vurub.
- “Mançester Yunayted”dən Mateta planı – Qarşılığında o gedir
- Okan Burukdan İlkay Gündoğanla bağlı yeni qərar
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
0
0