“Son turda çempionluğu əldən vermək pis hiss deyil”.
Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın vitse-kapitanı Qara Qarayev Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” ilə keçirilən oyundan sonra deyib.
0:1 hesabı ilə məğlub olaraq çempionluğu əldən vermələrinə münasibət bildirən yarımmüdafiəçi yalnız azarkeşlərə görə üzüldüyünü söyləyib: “Biz idmançıyıq, böyük bir camiəyik. Azərbaycan futbolu üçün böyük işlər görmüşük. Çempionatda məğlubiyyəti ən yaxşı, normal şəkildə qəbul edən komandayıq. Məğlubiyyətdən də dərs çıxarırıq. Ardıcıl 7 il idi ki, çempion olurduq. Hər il qazanmalıyıq deyə bir qanun yoxdur. Məyusluğumuz ondan ibarətdir ki, azarkeşlərimizi sevindirə bilmədik. Futboldur, belə hallar yaşanır. Komanda yoldaşlarımla fəxr edirəm”.
Qarayev məğlub olmalarına baxmayaraq, qələbəyə layiq oyun sərgilədiklərini vurğulayıb: “Neftçi” ilə oyunda üstün, qələbəyə layiq olan tərəf biz idik. Şans onların yanında idisə bəxtlə medal onlarda olsun. Amma biz daha yaxşıyıq. Buna baxmayaraq, “Neftçi”ni təbrik edirəm. Hər zaman - qələbə qazananda da, məğlub olanda da rəqibə hörmətlə yanaşmışıq. Heç bir komanda deyə bilməz ki, qələbə qazandığımız görüşdə onlara hörmətsizlik etmişik”.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat