“Hər dəfə ad günündən əvvəl məndə elə təəssürat yaranır ki, sanki 20 il ərzində ideal hədiyyə axtarışında fantaziyamı itirmişəm. Velosiped, səyahət üçün dəst, geyim və bahalı saatlar, uğurları və sitatları əks olunan plakat və başqa hədiyyələr etmişəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Zenit”in baş məşqçisi Sergey Semakın həyat yoldaşı Anna Semak deyib.
O, həyat yoldaşının 45 yaşına hazırladığı hədiyyədən danışıb: “Bu dəfə təəssüratlat bağışlamağa qərar verdim. Şirniyyat bişirdim. Səhər hamımız mətbəxdə yığışdıq və Sergeyi təbriklər, şam olan tortla qarşıladıq. Axşam razılaşdıq ki, 45 yaş olsa da, restoranda qeyd etməyib, uşaqlarla kinoya gedək. Qaranlıq zalın qapısını açanda Sergey şübhələnmədi də ki, orda onu təkcə uşaqları deyil, dostları da gözləyir. Səbəbkarı təbrik edən qonaqlar filmi izləməyə əyləşəndə ekranda “Semak ailəsi təqdim edir” yazıldı. Sonra hər kəsin onun haqda xüsusi fikirlər bildirdiyi film başladı”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!