“Sevilya”nın gözü argentinalı yarımmüdafiəçidə
07.05.2022 - 16:29
“Tottenhem”in “Vilyarreal”a icarəyə verdiyi Covani Lo Çelso İspaniyada qala bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində La Liqanın digər klubu “Sevilya” maraqlıdır.
Klub rəhbərliyi 26 yaşlı argentinalını bu yay heyətinə qatmaq niyyətindədir. “Vilyarreal”ın özü də icarə müddəti başa çatacaq futbolçunun transfer hüququna yiyələnməyi planlaşdırır. Onun “Tottenhem”lə anlaşması 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Covani “Vilyarreal”da 12 oyun keçirib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0