Ötən ilin dekabrında edilən baş məşqçi dəyişikliyindən sonra keçirdiyi rəsmi oyunların heç birində qələbə qazana bilməyən “Sumqayıt”da maraqlı hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, Aleksey Baqa ilə uğursuzluq zolağından çıxmağa heç cür müvəffəq olmayan “kimyaçılar” belə fikrə gəlib ki, hansısa bədniyyətli şəxslər komandanın yolunun üzərinə “qara su” səpib.
Düşərgədəki ab-havanı düzəltmək, qələbə həsrətinə son qoymaq üçün dini inanca üz tutan “Sumqayıt”lılar “Zirə” ilə matçdan (0:1) öncə 2 qurban kəsiblər: biri idarəçilərin, digər də məşqçilr korpusunun adından.
Kəsilən qurbanların əti klub işçilərinə paylanıb. Amma görünür, bu, hələ yetərli olmayıb.
Davit Volkovun son saniyələrdə vurduğu qolla meydandan məğlub ayrılan “kimyaçılar”ın funksionerləri VİP lojada şok yaşayıb.
Əsəb sarsıntısı keçirən rəhbərlik əyləşdikləri kreslonu divara çırpıb (sportinfo.az).
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”